525.Az

Niderlandda "Xocalıya ədalət!" yazılmış poçt markaları buraxıldı


 

Niderlandda "Xocalıya ədalət!" yazılmış poçt markaları buraxıldı<b style="color:red"></b>

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 525.az-a bildirilib ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") yazısı  əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.

 





25.02.2021    çap et  çap et