525.Az

“Erməni vəhşiliyini görmək istəyən Ağdama gəlsin”


 

“Erməni vəhşiliyini görmək istəyən Ağdama gəlsin”<b style="color:red"></b>

“Erməni vəhşiliyini görmək istəyən Ağdama gəlsin”.

525.az-ın APA-ya istinadən məlumatına görə, bunu Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev deyib.

O qeyd edib ki, belə bir mənzərə ilə qarşılaşacaqlarını gözləmirdilər:

“Biz Moskva şəhərindən gəlmişik. Bura gəlməkdə məqsədimiz video reportaj hazırlamaqdır. Açığı, deyiləndə ki, burada bir belə dağıntılar var, insanlar bəlkə də inanmırdılar. Axı nəyə görə 21-ci əsrdə torpaqlar zəbt olunsun, böyük şəhərlər dağıdılsın? Səfərdə iştirak edənlərin hamısı bunları gözləri ilə gördükdən sonra dəhşətə gəldilər. İnsanların bura gəlmələri, bu vəhşilikləri öz gözləri ilə görmələri, gördüklərini mətbuatda yaymaqları, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox vacibdir”.

 





25.02.2021    çap et  çap et