525.Az

ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatlığını ifadə etdi


 

ATƏT sədri Ermənistandakı vəziyyətdən narahatlığını ifadə etdi<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.

525.az-ın xəbərinə görə, bu barədə Ann Linde “Twitter”də bildirib.

“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, - deyə İsveç XİN başçısı qeyd edib.

 





25.02.2021    çap et  çap et