Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub.
Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb.
Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinli olmağa çağırıb.