525.Az

Fəxrəddin Qoca Türkiyədə müalicə olunan qazilərlə bağlı məlumat verdi


 

Fəxrəddin Qoca Türkiyədə müalicə olunan qazilərlə bağlı məlumat verdi<b style="color:red"></b>

“Türkiyədə hazırda 3 azərbaycanlı qazi müalicə olunur, səhhətlərində ciddi bir problem yoxdur”.

525.az-ın xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla (COVID-19) mübarizə ilə bağlı nazirliyin nəzdində fəaliyyət göstərən Elm Qurumunun növbəti müzakirəsindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, səhiyyə sahəsində Azərbaycanla Türkiyə arasında bağlanan əməkdaşlıq sazişinə uyğun olaraq, daha 4 xəstə müalicə olunmaqdadır: “Biz Azərbacanlı qardaşlarımızı Türkiyə vətəndaşlarımızdan əsla ayırmırıq. Öz vətəndaşımıza hansı qayğı və xidmət göstərilirsə, Azərbaycanlı qardaşlarımıza da eynidir. Üzərimizə düşən vəzifə hər nə isə bu məsələyə çox həssaslıqla yanaşırıq”.

F.Qoca əlavə edib ki, həm pandemiya, həm də Dağlıq Qarabağ savaşı dövründə Türkiyə Azərbaycana tibbi dəstəyini də əsirgəməyib.

 





25.02.2021    çap et  çap et