525.Az

Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib


 

Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib<b style="color:red"></b>

Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyeva sosial şəbəkələrdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

525.az xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

 





26.02.2021    çap et  çap et