525.Az

Nobel mükafatına namizədlər arasında Vladimir Putinin də adı var


 

Nobel mükafatına namizədlər arasında Vladimir Putinin də adı var<b style="color:red"></b>

Nobel sülh mükafatına namizədlər arasında Rusiya prezidenti Vladimir Putinin də adı var.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bunu Norveçin Nobel İnstititunun direktoru Geyr Lundestad deyib.
 
Onun sözlərinə görə, 2014-cü ildə mükafata rekord sayda – 278 namizəd, o cümlədən 47 təşkilat iddialıdır.
 
Komitə üzvləri Ukraynadakı hadisələri nəzərə almaqla, müvafiq siyahıya öz təkliflərini əlavə edib.
 
“Görüşümüz müəyyən mənada son hadisələri müzakirə etməkdir. Komitə üzvləri hadisələrin inkişaf istiqamətini axtarıb tapmağa çalışırlar”, - deyə Lundestad bildirib.
 
Qeyd edək ki, Putinlə yanaşı siyahıda Roma papası Fransisk, pakistanlı fəal Malalə Yusufzay, MKİ-nin sabiq əməkdaşı Edvard Snouden də adı var. 

 





05.03.2014    çap et  çap et