525.Az

Botanika İnstitutunun əməkdasları beynəlxalq vebinarda iştirak ediblər


 

Botanika İnstitutunun əməkdasları beynəlxalq vebinarda iştirak ediblər<b style="color:red"></b> COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən təşkil olunan "Favikovirin tarixi: Covid-19 müalicəsi üçün yerli dərmanın icadı” adlı vebinarda Botanika İnstitutunun rəhbərliyi və işçiləri iştirak ediblər.

525.az-a verilən məlumata görə, təşkil olunmuş vebinarın məruzəçisi, Tibbi Elmlər və Texnologiya Elmi-Tədqiqat İnstitutunun Dərmanların Kəşfi və İnkişafı üzrə Tədqiqat Mərkəzinin direktoru, Prof. Dr. Mustafa Güzel olub.

Tədqiqatçı öz çıxışında qısa müddətdə “Favikovir” preparatının uğur hekayəsi və yerli lisenziyalaşdırılması barədə məlumat verərək qeyd etdi ki, Covid-19-un müalicəsində istifadə olunan “Favipiravir” preparatının yerli sintezi Türkiyə Cumhuriyyətinin Səhiyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Türk Elmi və Texniki Tədqiqat Şurası (TÜBİTAK), İstanbul Medipol Universiteti və Atabay Əczaçılıq şirkəti ilə əməkdaşlıq nəticəsində həyata keçirilib.

Yerli dərmanın sintezi cəmi 40 gün ərzində Prof. Dr. Mustafa Güzel və Zeynep Atabay tərəfindən koordinasiya edilən 32 nəfərlik qrup tərəfindən reallaşdırılıb.

Vebinarın sonunda Botanika İnstitutun direktoru  b.e.d., akademik Validə Əli-zadə, elmi işlər üzrə direktor müavini, b.e.d., prof. Eldar Novruzov, kiçik elmi işçi Aydan Zeynalova və Aygün Bağırovaya COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. M. İqbal Choudhary tərəfindən sertifikat təqdim olunub.

 

 

 


 





26.02.2021    çap et  çap et