525.Az

“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq” - Hulusi Akar


 

“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq” - <b style="color:red">Hulusi Akar</b>

“29 il əvvəl bu gün Xocalıda azərbaycanlı qardaşlarımızın vəhşicəsinə qətlə yetirilməsini unutmadıq, unutmayacağıq! Xocalıda şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”, - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

“Türkiyə S-400 məsələsində suverenlik hüququndan istifadə edib”.

O bildirib ki, Türkiyənin son 10 ildə “Patriot” almağa imkanı olduğu halda, S-400-ə üstünlük verməsinə dair iddialar əsassızdır.

Nazirin sözlərinə görə, ABŞ və Fransadan hava hücumundan müdafiə sistemləri almaq istəsələr də, bu mümkün olmayıb:

“10 il boyunca ABŞ-a verdiyimiz müxtəlif təkliflərə, müraciətlərə hələ də cavab almamışıq. NATO müttəfiqi bəzi ölkələrdə rus istehsalı havadan müdafiə sistemi necə istifadə olunursa, biz də S-400-ü eyni şəkildə istifadə edə bilərik”.

H. Akar qeyd edib ki, bu məsələ NATO-nun da olacağı ortaq işçi qrupu ilə birgə əməkdaşlıq nəticəsində həll edilə bilər:

“Biz görüşməyə hazırıq. S-400-ə görə F-35 də daxil olmaqla, bir sıra sanksiyaların tətbiqi müttəfiqlik ruhuna uyğun deyil. Yaddan çıxarmaq olmaz ki, Türkiyə NATO-nun da, ABŞ-ın da ən güclü müttəfiqdir”.

 





26.02.2021    çap et  çap et