525.Az

Xocalı faciəsi ilə əlaqədar materiallar təqdim edildi


 

Xocalı faciəsi ilə əlaqədar materiallar təqdim edildi<b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqrımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planına əsasənə F.Köçərli adına Respublika Uşaq Kitabxanası silsilə metodik-biblioqrafik materialları istifadəçilərə təqdim edib.

525.az xəbər verir ki, “Əsrin qətliamı - Xocalı” adlı metodik-biblioqrafik   slaydda və vəsaitdə, yuxarı sinif şagirdləri üçün  Xocalı faciəsi haqqında ədəbiyyat siyahısı əks olunur.

Slayd, Xocalı faciəsinin qurbanlarına çevrilmiş və soyqırımdan əziyyət çəkmiş insanların statistik göstəricilərinin nümayişi ilə başlayır.

 

Slaydda, Xocalı soyqırımının tarixi gerçəkliklərindən bəhs olunan müxtəlif kitablar annotasiyaları ilə birgə nümayiş edilir. Kitablar sırasında, Əsli Xəlilqızının ”Güllələnmiş uşaqlıq”, Sadir Məmmədovun ”Xocalı Soyqırımı” , Sülhiyyə Musaqızının “ Azərbaycan terrorizmin caynağında”, Səriyyə Müslümqızının “Dünya susmasın gərək” , Nəsiman Yaqublunun “Xocalı Soyqırımı”, Elxan Elatlının ” Cəhənnəmdən gələn səs”,  Salatın Əhmədlinin “Başdaşı əhvalatı”, Adil Həşimovun ” Arpaçayın nisgili”, Sabir Məmmədovun” Tarixi saxtalaşdırmaq cinayətdir”, Sevinc Nuruqızının “Qisas” və.s öz yerini tapıb.

“Xocalı soyqırımı” adlı tammətnli tövsiyyə  göstəricidə 51 kitab və 27 dövri mətbuatda dərc edilən materiallar təqdim edilir.

 

Aşağıdakı link vasitəsi ilə materiallarla tanış ola bilərsiniz.

http://clb.az/srn-qtlami-26-02-1992_d3091.html
http://clb.az/srin-qtliam-xocal_d3093.html
http://clb.az/xocal-soyqrm_d3092.html

 





26.02.2021    çap et  çap et