Respublika Uşaq Kitabxanası, Xocalı Soyqırımına həsr olunmuş 8-16 yaş arası uşaqların “Bir Xocalım var idi...” adlı virtual rəsm sərgisini təqdim etdi.
Virtual rəsm sərgisində Elitar Gimnaziya, 144, 160, 200, 251, və.s məktəblərin şagirdlərinin Xocalı faciəsini əks etdirən 75 rəsm əsəri nümayiş edilir.
Məktəblilər rəngli boyalarla çəkdikləri rəsmlərdə erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı törətdikləri vəhşilikləri təsvir ediblər.
Rəsm əsərləri ilə şagirdlər müharibə və terrora yox deyərək faciə qurbanlarına çevrilmiş günahsız insanların səsinə səs veriblər.
İstifadəçilər, aşağıdakı link vasitəsi ilə virtual rəsm sərgisi ilə tanış ola bilərlər.
https://www.clb.az/bir-xocalm-var-idi-_d3094.html