525.Az

“Əsrin faciəsi - Xocalı” virtual kitab sərgisi təqdim edildi


 

“Əsrin faciəsi - Xocalı” virtual kitab sərgisi təqdim edildi<b style="color:red"></b> Respublika Uşaq kitabxanası Xocalı Soyqırımının 29- cu il dönümünə həsr olunmuş “Əsrin faciəsi – Xocalı” adlı virtual kitab sərgisini  təqdim etdi.
 
Virtual sərgiyə 27 kitab yerləşdirilmişdir.
 
Xocalı faciəsinə həsr edilmiş kitablar arasında azərbaycan, rus, ingilis və fransız dillərində olan ədəbiyyatlar istifadəçilərin ixtiyarına verilir.
 
Əsas məqsəd, sərgidə 4 dildə təqdim olunan kitablar vasitəsi ilə Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimayyətinə çatdırmaq,  yeniyetmə ve gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdir.
 
Virtual sərgidə, Əlibala Məhərrəmzadənin “Xocalı Soyqırımı”, Səriyyə Müslümqızının “Xocalı uşaqları- qar içində qar çiçəyi”, Nurangiz Günün “Xocalı simfoniyası”, Rafiq Nazimoğlunun “Ağla, Xocalım, ağla!”, Nəsiman Yaqublunun “Xocalı Soyqırımı”, Sadir Məmmədovun “Xocalı Soyqırımı” və.s yer alır.

 

 





26.02.2021    çap et  çap et