525.Az

Daha 219 nəfərdə koronavirus aşkarlandı: 180 sağalan, 4 ölən var


 

Daha 219 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">180 sağalan, 4 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233.989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228.479 nəfər müalicə olunaraq sağalıb, 3213 nəfər vəfat edib, aktiv xəstə sayı 2297 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, ötən müddət ərzində isə ümumilikdə 2.583.362 test aparılıb.

 





26.02.2021    çap et  çap et