525.Az

Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində Qarabağ müzakirəsi


 

Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində Qarabağ müzakirəsi <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müşavirədə Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyət müzakirə olunub.

“Biz sizinlə bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyimizin, sərhədçilərimizin necə işləməsi barədə sizin qiymətləndirmələrinizi və beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”, - deyə, Rusiya prezidenti müşavirədə bildirib.

 





26.02.2021    çap et  çap et