525.Az

Moskvada Xocalı soyqırımının qurbanları yad edildi


 

Moskvada Xocalı soyqırımının qurbanları yad edildi<b style="color:red"></b>

Moskvada Xocalı soyqırımının qurbanları yad edilib.

525.az-ın APA-ya istinadən xəbərinə görə, Xocalı faciəsinin 29-cu ildönümü münasibəti ilə Rusiyadakı Azərbaycan səfirliyinin binası qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş stend quraşdırılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və azərbaycanlı diplomatlar, Rusiyadakı azərbaycanlı diaspor fəalları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri, Moskvada təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqırımı stendini ziyarət ediblər, stendin önünə gül dəstələri qoyublar.

 





26.02.2021    çap et  çap et