525.Az

Böyük Britaniyada Xocalı soyqırımı ilə bağlı fləşmob


 

Böyük Britaniyada Xocalı soyqırımı ilə bağlı fləşmob<b style="color:red"></b>

Böyük Britaniyada Xocalı soyqırımı ilə bağlı fləşmob keçirilib.

525.az-ın APA-ya istinadən xəbərinə görə, Britaniyada yaşayan azərbaycanlılar Mançester, Birmingem, Edinburq, London, Aberdin kimi şəhərləri də daxil olmaqla, Britaniyanın müxtəlif nöqtələrində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən fləşmob təşkil ediblər.

Soydaşlarımız əllərində “Xocalıya ədalət!”, “Biz xatırlayırıq!” şüarlarının əks olunduğu plakatlar tutublar.

Bundan başqa, Xocalı ilə bağlı elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində Britaniya ictimaiyyətini məlumatlandırıb.

 





26.02.2021    çap et  çap et