525.Az

Dünya Məktəbində Xocalı faciəsi anıldı - Fotolar


 

Dünya Məktəbində Xocalı faciəsi anıldı - <b style="color:red">Fotolar</b>

"Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbində Xocalı faciəsinin 29-cu ildönümü qeyd edilib.

525.az xəbər verir ki, bu münasibətlə məktəbə dəvət edilən şair, publisist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xəzər Universiteti və Dünya Məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı Qarabağ mövzusunda şagirdlərin suallarını cavablandırıblar.

Şagirdlərlə H.İsaxanlının “525-ci qəzet”də dərc edilən “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı yazısı müzakirə olunub.
 
Sonra məktəbin rəqs müəllimləri və şagirdləri Xocalı faciəsinə ithaf edilən rəqs kompozisiyası nümayiş etdiriblər.   Olduqca səmimi və maraqlı keçən görüş Vətən müharibəsində qazanılan zəfər haqqında uşaqların hiss və düşüncələrini ifadə edən film-rolikin nümayişi ilə başa çatıb.

 





26.02.2021    çap et  çap et