525.Az

"Abdulla Şaiq elektron - məlumat baza" sını istifadəçilərə təqdim edildi


 

"Abdulla Şaiq elektron - məlumat baza" sını  istifadəçilərə təqdim edildi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsinin əməkdaşları tərəfindən şair, yazıçı, dramaturq,  pedaqoq, ədəbiyyatşünas-alim, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illik yubileyi münasibəti ilə elektron-məlumat baza təkmilləşdirilərək oxucuların istifadəsinə təqdim olunub.

525.az xəbər verir ki, qeyd edək ki, elektron baza ilk dəfə 2016- cı ildə istifadəçilərə təqdim edilmişdi. Bu il Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar bazaya son 5 ilin materialları da əlavə edilmişdir. Bu da öz növbəsində  karantin rejimi dövründə istifadəçilərə elektron - məlumat bazadan daha əlverişli istifadə imkanı yaradır. Elektron-məlumat baza 13 bölmədən və yarımbölmələrdən ibarətdir. Bazaya1927-2020 ci illəri əhatə edən materiallar yerləşdirilmişdir.

Elektron- məlumat bazaya ”Mükafatlar”, “Tərcümələri” kimi  yeni bölmələr əlavə edilmişdir.

Tərcümələri – bölməsinə 8 kitab, Cəlalədin Ruminin " İbrət və müqabilə yaxud ümmətlər ixtilafı" - 2008; Nizaminin "İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi" -1989; E. Şabad "Nərdivan" - 1936. İ.A.Krılov "Cırcırama və Qarışqa" -1976 və s. yerləşdirilib.  Bazada, rus dilində 4 kitab -  Paссказы-1991; Вот Мы Какие-1984; Избранное-1959; Письмо не дошло-1984. əlavə edilib.

Virtual oxucular üçün şair Abdulla Şaiq haqqında məqalələr yarımbölməsinə 38 məqalə, əsərləri bölməsinə 7 kitab, haqqında  bölməsinə  4 yeni kitab əlavə edilmişdir. Abdulla Şaiq Elektron-məlumat bazasına yerləşdirilən bütün materiallar tammətnlidir.

Aşağıdakı link vasitəsi ilə Elektron Məlumat Bazası ilə yaxından tanış ola bilərsiniz.

http://clb.az/elektron/SHAIQ/index.html

 





26.02.2021    çap et  çap et