525.Az

Leydi Qaqanın itləri oğurlandı


 

Leydi Qaqanın itləri oğurlandı <b style="color:red"></b>

Məşhur amerikalı müğənni Leydi Qaqanın itləri oğurlanıb.

525.az xəbər verir ki, onun buldoq itlərini gəzdirməkdə səlahiyyətli olan işçisi silahla vurulub və iki iti də qaçırılıb. Belə ki, Los-Ancelesdə itləri gəzdirən Ryan Fişçer yarı avtomatik silahdan atəş edilməsi nəticəsində yaralanıb. Daha sonra o, xəstəxanaya aparılıb.

Əsl adı Stefani Joanne Angelina Germanotta olan, lakin Leydi Qaqa adını istifadə edən sənətçi, oğurlanan Koji və Qustavı adlı itlərini geri gətirənlərə 500 min dollar mükafat verəcəyini açıqlayıb.
 
El Roman

 





26.02.2021    çap et  çap et