525.Az

Koronavirus doğum sayına mənfi təsir etdi


 

Koronavirus doğum sayına mənfi təsir etdi<b style="color:red"></b>

Fransa Milli Statistika İnstitutu (INSEE) yanvar ayındakı hesabatında ölkədəki doğum nisbətinin əvvəlki ilə görə 13 faiz azaldığını açıqlayıb.

525.az xəbər verir ki, qurum 1975-ci ildən bəri ən aşağı doğum nisbətinin keçən ay müşahidə oldunğunu bildirib. Hesabatda 53 900 nəfər körpənin dünyaya gəldiyi qeyd edilir. Ehtimal edilir ki, yanvar ayında epidemiya səbəbindən cütlüklər uşaq sahibi olmaq istəklərini təxirə salmış ola bilərlər.

Qeyd edək ki, Fransada doğum nisbəti 6 ildir durmadan azalır. 2020-ci ildə 735 min körpə dünyaya gəlib ki, bu da 2019-cu ilə nisbətdə 2,5 faiz azalıb deməkdir.


El Roman

 





26.02.2021    çap et  çap et