525.Az

Gənc şairin ilk kitabı nəşr olundu


 

Gənc şairin ilk kitabı nəşr olundu<b style="color:red"></b>

Gənc şairin ilk şeir kitabı nəşr olunub.


525.az xəbər verir ki, Gəncə şəhərində gənc şair Həsən Hüseynovun “Sevgi səninlə gözəldir” adlı ilk kitabı işıq üzü görüb. Qeyd edək ki, Həsən Sakit oğlu Hüseynov 1997-ci il noyabr ayının 7-də Gəncə şəhərində anadan olub. O, Ə. Cavad adına 2 saylı tam orta məktəbi bitirib. Həmçinin gənc şair Gəncə Dövlət Dram Teatrının yardımçı aktyor heyətində çalışır.

Kitabın redaktoru Nəzakət Şəmilqızı, dizaynı isə Elnurə Məmmədovaya məxsusdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 





27.02.2021    çap et  çap et