525.Az

Coğrafiya İnstitutu Abşeronlulara kitab hədiyyə edib


 

Coğrafiya İnstitutu Abşeronlulara kitab hədiyyə edib<b style="color:red"></b>

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə akademiklər Cəlal Əliyev və Budaq Budaqovun birgə müəllif olduqları  “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı” kitabını 3 dildə - Azərbaycan, ingilis və rus dillərində iki min ədəd olmaqla Abşeron məktəblilərinin kitab fonduna, 1000 ədədini isə Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyinə hədiyyə edib.

525.az xəbər verir ki, Abşeron rayon Təhsil şöbəsinin “Tarixi həqiqətin soyqırımı” adda keçirdiyi tədbirdə çıxış edən İnstitutun nümayəndəsi, İctimai əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, eləcə də mənfur qonşularımızın iç üzünü, təcavüzkar xislətini  tanımaqda həmvətənlərimiz üçün köməkçi rol oynayacağını diqqətə çatdırıb.

Tədbirin sonunda Abşeron Rayon Təhsil şöbəsi və AR “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Abşeron nümayəndəliyi adından Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun və A.Aslanovanın adına yazılmış  Təşəkkürnamə və Fəxri Diplom  İnstitut nümayəndəsinə təqdim edilib.

 





27.02.2021    çap et  çap et