525.Az

Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb


 

Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb<b style="color:red"></b>

ABŞ-ın Men ştatının Portland şəhərinin mərkəzi abidə meydanında Xocalı faciəsinin qurbanı olmuş 63 uşağın xatirəsini yad etmək məqsədilə şamlar yandırılıb və anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 525.az-a verilən məlumata görə, Meyn Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Xocalıya ədalət” (Justice for Khojaly) adı altında keçirilən tədbirdə soyqırım zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların fotoları nümayiş etdirilib.

Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi fakların əks olunduğu rəqəmsal plakatların quraşdırıldığı xüsusi maşın da gətirilib.

Sərgi şəhər ictimayyətinin, avtomobillərlə yoldan keçən insanların diqqətini çəkib. Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar. Bu məqsədlə hazırlanmış xüsusi flayerlər şəhər sakinlərinə paylanılıb.

 





27.02.2021    çap et  çap et