525.Az

Daha 278 nəfərdə koronavirus aşkarlandı: 172 sağalan, 5 ölən var


 

Daha 278 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">172 sağalan, 5 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234.267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228.651 nəfər müalicə olunaraq sağalıb, 3218 nəfər vəfat edib, aktiv xəstə sayı 2398 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7873, ötən müddət ərzində isə ümumilikdə 2.591.235 test aparılıb.

 





27.02.2021    çap et  çap et