525.Az

Ermənistan Prezidenti Baş Nazirin qərarını geri qaytardı


 

Ermənistan Prezidenti Baş Nazirin qərarını geri qaytardı <b style="color:red"></b>

Ermənistan prezidenti Armen Sarkisyan konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazirin məlum fərmanı hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun Konstitusiyaya zidd olduğu qərara alınıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib. Bununla bağlı qərar verməsi üçün prezidentin 3 gün vaxtı vardı.

 





27.02.2021    çap et  çap et