525.Az

Daha bir məktəb bağlandı - Səbəb


 

Daha bir məktəb bağlandı - <b style="color:red">Səbəb</b>

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

525.az-ın APA-ya istinadən məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

 





27.02.2021    çap et  çap et