525.Az

Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq


 

Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq<b style="color:red"></b>

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.   Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6 dərəcə isti,  gündüz  6-8 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti,  gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək,  nisbi rütubət  70-80 faiz olacaq.

Martın 1-də Azərbaycanın rayonlarında arabir  yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

 





28.02.2021    çap et  çap et