525.Az

Gürcü jurnalistlər Füzulidə


 

Gürcü jurnalistlər Füzulidə<b style="color:red"></b>

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib.

525.az-ın məlumatına görə, fevralın 27-dən başlayan səfər martın 1-dək davam edəcək.

Bu gün Gürcüstanın "Pirveli TV", “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.

Gürcü jurnalistlər və ekspertlərin Cəbrayıl və digər işğaldan azad edilmiş rayonlara da səfər etməsi, işğalçı Ermənistanın törətdiyi dağıntıların, vandallığın şahidi olmaları, çəkilişlər aparmaları planlaşdırılır.

 

 





28.02.2021    çap et  çap et