525.Az

“Ermənilər azərbaycanlılarla təkbətək qalanda qaçdılar”


 

“Ermənilər azərbaycanlılarla təkbətək qalanda qaçdılar”<b style="color:red"></b>

"Mən həmişə əmin olmuşam ki, ermənilər heç vaxt döyüşməyi bacarmır. Burada ermənilərin müdafiə sistemlərini görəndə də bir daha buna əmin oldum”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan işğalından azad edilmiş Füzuli rayonunda səfərdə olan tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia bildirib.

Gürcüstanlı tarixçi deyib ki, ermənilər “başqa dövlətin bayrağı altında döyüşəndə” qalib gəliblər:

“Ermənilər nə vaxt meydanda azərbaycanlılarla təkbətək qaldı, döyüş meydanından arxalarına baxmadan qaçdılar. Dünən səfər etdiyimiz Ağdamda onların vandallığının şahidi olduq. Ağdam hazırda faktiki ölü şəhərdir. Onlar məsciddə inək, donuz saxlayıblar. Əgər sən xristiansansa, bu o demək deyil ki, müsəlmanların müqəddəs məkanlarına hörmətlə yanaşmamalısan. Qonşusunun ərazisinə iddia edən, milyonlarla insanı yurdlarından didərgin salan erməniləri Allah cəzalandırdı və Azərbaycan bu gün torpaqlarını işğaldan azad etdi. Mən inanıram ki, Azərbaycan dövlətinin iqtisadi gücü qısa müddətdə bu ərazilərdə şəhərləri, kəndləri bərpa etməyə imkan verəcək. Mən bir daha Azərbaycan xalqını böyük qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, Gürcüstan və Azərbaycan birgə müstəqilliyimiz və suverenliyimizin qorunması üçün mübarizə aparacaq”.

 





28.02.2021    çap et  çap et