525.Az

Müğənninin qaçırılan itləri tapıldı


 

Müğənninin qaçırılan itləri tapıldı<b style="color:red"></b>

Məşhur müğənni Ledi Qaqanın silahlı şəxslər tərəfindən qaçırılan buldoq itləri 2 gün sonra tapılıb.

525.az xəbər verir ki, Hollivudda qaçırılan itlərin vəziyyətinin yaxşı olduğu açıqlanıb. Hadisə zamanı sinəsindən güllə yarası alan itlərin baxıcısının isə xəstəxanada müalicəsinin davam etdirildiyi və sağlığının yaxşılaşdırıldığı bildirilib.İtlərin başına nə gəldiyi hələlik məlum deyil. Polis onların bir qadın tərəfindən Los-Ancelesdəki polis mərkəzinə təhvil verildiyini açıqlayıb.

Ledi Qaqa, Koji və Qustav adlı itlərini geri gətirənlərə 500 min dollar pul mükafatı vəd etmişdi. Mükafatın verilib-verilmədiyi hələlik bilinmir.

El Roman

 





28.02.2021    çap et  çap et