525.Az

Kraliça Elizabet peyvənd olunmasından danışdı


 

Kraliça Elizabet peyvənd olunmasından danışdı<b style="color:red"></b>

Böyük Britaniya kraliçası II Elizabet COVID-19 peyvəndinin onda heç bir ağrı hissi yaratmadığını söyləyib.

525.az xəbər verir ki, səhiyyə işçiləri ilə keçirilən video konfrans formatındakı görüşdə kraliça peyvənd təcrübəsi barədə danışıb. “Heç ağrıtmadı və mənə zərər vermədi. Çox sürətli oldu. Peyvəndin bu qədər asan olduğuna təəccüblənən insanlardan çoxlu məktub aldım”, - deyə o bildirib.

Qeyd edək ki, 94 yaşlı Kraliça və əri 99 yaşlı Edinburq hersoqu Şahzadə Filip, yanvar ayında peyvənd olunub.

El Roman

 





28.02.2021    çap et  çap et