525.Az

Donuzlardan alınan maddə ilə COVID-19 müalicəsinə başlanıldı


 

Donuzlardan alınan maddə ilə COVID-19 müalicəsinə başlanıldı <b style="color:red"></b>

Fransanın biotexnologiya şirkəti “Xenothera”, donuzlardan alınan antikor maddələrə əsaslanan COVID-19 müalicəsinin effektivliyini yoxlamaq üçün 20 xəstəxanada klinik sınaqlara başlayıb.

525.az xəbər verir ki, hələ də klinik test mərhələsində olan bu müalicənin məqsədi ağır koronavirus xəstələrini yaxşılaşdırmaqdır.
Dekabr ayında başladılan "Polycor" test proqramı çərçivəsində ümumilikdə 67 xəstə müalicə edilib.
Şirkətdən verilən açıqlamada bildirilib ki, “Xav-19” adlı müalicə “Sars-CoV-2” virusuna qarşı yönəlmiş bir poliklonal antikordur.

Bu müalicənin koronavirus xəstələri üçün ümidverici olduğunu vurğulayan mütəxəssislər, həmçinin "Xav-19” üçün antikorların donuzdan alınaraq insanlarla uyğun formada dəyişdirildiyini bildirib.

El Roman

 





28.02.2021    çap et  çap et