525.Az

Avropa İttifaqının rəhbəri Gürcüstana səfər edib


 

Avropa İttifaqının rəhbəri Gürcüstana səfər edib<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel Gürcüstanda səfərdədir.

525.az xəbər verir ki, Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə görüşündən sonra Gürcüstana səfər edən Şarl Mişeli hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzel qarşılayıb.

Məlumata görə, Şarl Mişel martın 1-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşəcək və mətbuata birgə bəyanatlar veriləcək. Onun Baş nazir İrakli Qaribaşvili, parlament sədri Arçil Talakvadze və müxalif siyasi partiyaların rəhbərləri ilə də görüşləri planlaşdırılıb.

Şarl Mişel, həmçinin Gürcüstanın işğal xəttinə səfər edəcək və Aİ-nin nümayəndəliyinin yeni ofisinin açılışında iştirak edəcək. Onun Gürcüstana səfəri martın 2-də başa çatacaq və Tbilisidən Ukraynaya yola düşəcək.

Avropa İttifaqının məlumatında qeyd olunub ki, Ş.Mişelin Moldova, Gürcüstan və Ukraynaya səfərləri zamanı ikitərəfli əlaqələr və COVID-19-a qarşı birgə mübarizə, "Şərq Tərəfdaşlığı"nın gələcəyi kimi məsələlər müzakirə ediləcək.

 





28.02.2021    çap et  çap et