|
|
|
|
Böyük Britaniyada son sutka ərzində 6035 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 176 554 nəfərə çatıb.
525.az-ın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 144 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 122 849 nəfərə çatıb.