525.Az

Britaniyada son sutkada 6 mindən çox insanda COVID-19 aşkarlandı


 

Britaniyada son sutkada 6 mindən çox insanda COVID-19 aşkarlandı<b style="color:red"></b>

Böyük Britaniyada son sutka ərzində 6035 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 176 554 nəfərə çatıb.

525.az-ın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 144 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 122 849 nəfərə çatıb.

 





28.02.2021    çap et  çap et