Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar.
525.az APA-ya istinadən xəbər verir ki, müxalifət tərəfdarları birinci mərtəbənin foyesində aksiya keçirərək nazirliklərin əməkdaşlarından Baş nazir Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştirak etməməyi tələb ediblər.
Hökumət binasında bir neçə nazirliyin ofisi yerləşir.
Etirazçılar Baş nazirin istefasına dair şüarlar səsləndirdikdən sonra hökumət binasını tərk ediblər.