525.Az

Pompey şəhərindən daha bir antik əşya tapıdı


 

Pompey şəhərindən daha bir antik əşya tapıdı<b style="color:red"></b>

İtaliyanın qədim Pompey şəhərində yeni arxeoloji qazıntılar aparılıb.

525.az xəbər verir ki, axtarışlar zamanı üzəri erotik motivlərlə bəzədilmiş və demək olar ki, bütöv şəkildə olan dördtəkərli araba tapılıb. Antik şəhəri əhatə edən divarların şimalında yerləşən bir villada və Pompey Arxeoloji Parkında aparılan qazıntılar zamanı üzə çıxan araba unikal hesab edilir. Bürünc və dəmir ornamentli dördtəkərli atlı nəqliyyat vasitəsinin xüsusi mərasimlərdə istifadə edildiyi təxmin edilir.

“Civita Ciulins” villasındakı qazıntılar zamanı çıxarılan vasitənin yanında üç at fosili də tapılıb.
Pompey Arxeoloji Parkının direktoru Massimo Osanna bildirib ki, tapılan əşya qədim dünya biliklərinin inkişafı üçün böyük bir kəşfdir. Mütəxəssis əlavə edib ki, bu avtomobil 15 il əvvəl Trakyada Yunanıstanın Bolqarıstanla sərhədində tapılan arabalara bənzəyir, lakin onların bəzəkləri yox idi.

El Roman

 





01.03.2021    çap et  çap et