525.Az

Anamız Azərbaycan - Fikrət Qocanın şeiri


 

Anamız Azərbaycan - <b style="color:red">Fikrət Qocanın şeiri </b>

Keçdikcə aylar, illər,
Başlayır cücərməyə
Dedi-qodulu dillər:
- Deyirlər ki... deyirlər.
Bu yeni ev tikənlər
Bünövrəni yeyirlər!
İşdən qovulan nazir,
Deyirlər, Həccə gedib,
Orda ibadət edib.
Ona "vergi" verilib!
- Orda da vergi yığıb?
Gör necə adət edib?
Dinc dayanmır ki, dillər...
Deyirlər ki... deyirlər:
Əlqulunu tutublar,
Pulları xaricdədi.
Pullar orda işdədi,
Özü burda küncdədi.
Bəli, bu var doğrudu,
Bu, bir gerçəkdi, gerçək!
Qanun işin görəcək!
Cəzasını verəcək!
Deməyin, biz adiyik,
Bu, Odlar Diyarıdı,
Biz odlar övladıyıq!
"Odlu diyar" deyilən,
Müqəddəs adımız var.
44 günlük döyüşlə,
Yer üzünü çaşdıran,
Müzəffər Ordumuz var!
Biz lazım olan zaman,
Əl uzadıb hamımız,
Böyük bir can olarıq!
Hamımızın anamız -
Azərbaycan olarıq!

21.02.2021

 





01.03.2021    çap et  çap et