525.Az

Rus vaksini bir daha virusa qarşı özünü təsdiq etdi


 

Rus vaksini bir daha virusa qarşı özünü təsdiq etdi <b style="color:red"></b>

Rusiyanın COVID-19-a qarşı hazırladığı, lakin Qərb ölkələri arasında o qədər də populyar olmayan "Sputnik V" peyvəndinin bəzi ölkələrdə yayılan mutasiyaya uğramış yeni koronavirus növləri üçün təsirli olduğu açıqlanıb.

525.az xəbər verir ki, nüfuzlu akademik tibb jurnalı "The Lancet" fevral ayının əvvəlində dərc olunan bir məqalədə rus peyvəndinin təsirliliyinin 91,6% olduğunu qeyd edib. Peyvəndi hazırlayan Rusiya Qalameya Milli Epidemiya Xəstəlikləri və Mikrobiologiya Mərkəzinin verdiyi açıqlamada, vektor əsaslı peyvəndlərin virusla mübarizədə daha təsirli olduğu ifadə edilib. "Sputnik V"in həm Böyük Britaniya, həm də Cənubi Afrikada görülmüş yeni növ koronavirusa qarşı da təsirli olduğu qeyd edilib.


El Roman

 





01.03.2021    çap et  çap et