525.Az

Türkiyədə bu gün koronavirusdan 69 nəfər vəfat edib


 

Türkiyədə bu gün koronavirusdan 69 nəfər vəfat edib<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 69 nəfər vəfat edib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9891 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 5947, ağır xəstələr isə 1215 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 711 479 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 578 181 nəfər sağalıb, 28 638 nəfər isə həyatını itirib.

 





01.03.2021    çap et  çap et