525.Az

Əfv Komissiyasında 550-dən çox müraciətə baxılıb - Yenilənib


 

Əfv Komissiyasında 550-dən çox müraciətə baxılıb - <b style="color:red">Yenilənib</b>

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

525.az bildirir ki, bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 4-də keçiriləcək”.

Qeyd edək ki, komissiyada indiyədək 550-dən çox müraciətə baxılıb.

*** 09:50

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

525.az-ın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 450-dən artıq müraciətə baxıb.

 





02.03.2021    çap et  çap et