525.Az

“Mitinqə psixi xəstələri də zorla gətirirlər”- Minasyan


 

“Mitinqə psixi xəstələri də zorla gətirirlər”- <b style="color:red">Minasyan</b>

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyana dəstək məqsədilə təşkil olunan mitinqləri ələ salıb.

525.az Azvision.az-a istinadən xəbər verir ki, sabiq diplomat Paşinyanın mitinqinə gələnlər barədə ilginc iddia irəli sürüb.

"Mənə bütün psixiatriya klinikalarının rəhbərlərinə verilən tapşırıq barədə məlumat daxil olub. Onlara gəzə bilən xəstələrin hamısını Nikolun görüşünə - mitinqə göndərmək tapşırığı verilib. Əminəm ki, Fellini sağ olsaydı, bu hadisədən filmlərindən birində istifadə edərdi. İmkanları olsa, ölənləri də qəbirlərindən qaldırarlar. Təki iqtidaryönlü mitinqdə iştirak edənlərin lazımi sayı təmin edilsin. Ümid edirəm xəstələrin onsuz da həssas olan səhhətləri mitinqdə zərər görməyəcək", - deyə Minasyan vurğulayıb.

Qeyd edək ki, bu gün İrəvandakı Respublika meydanında baş nazir Nikol Paşinyanın mitinqi keçiriləcək.

 





01.03.2021    çap et  çap et