525.Az

“Yazıçılar Birliyinin qurultayı pandemiyadan sonra keçiriləcək”


 

“Yazıçılar Birliyinin qurultayı pandemiyadan sonra keçiriləcək”<b style="color:red"></b>

“Azərbaycan Yazıçılar Birliyinin qurultayı pandemiya bitən kimi keçiriləcək.”

525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar 10 nəfərdən artıq yığışmağa icazə verilmir: “Yazıçılar Birliyi isə 10 nəfərlə qurultay keçirə bilməz”.

Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 7 il əvvəl - 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.

 





02.03.2021    çap et  çap et