525.Az

Şəmkirdə qəzalı vəziyyətdə olan uşaq bağçası üçün yeni bina tikilib


 

Şəmkirdə qəzalı vəziyyətdə olan uşaq bağçası üçün yeni bina tikilib<b style="color:red"></b>

Şəmkirin Posanlı yaşayış massivində yaşayan sakinlərin öz uşaqlarının təhlükəsizliyi baxımından narahatlıqlarına son qoyulub.

Bir müddətdir ki, qəsəbədəki yeganə uşaq tərbiyə müəssisəsi qəzalı vəziyyətə düşmüşdü. İndi həmin binanın yerində müasir tələblərə cavab verən yeni bağça inşa olunub və uşaqların ixtiyarına verilib. Həmçinin, burada, yəni 7 saylı Körpələr evi-Uşaq bağçasında tərbiyə alacaq uşaqların sayı da artırılıb, maddi-texniki təchizat da yüksək səviyyəyə çatdırılıb. Bu amillər valideyinlərin sevincinə səbəb olub.

"Çox şadıq ki, bundan sonra uşaqlarımız burada rahat tərbiyə alacaq. Əvvəlki bina çox təhlükəli vəziyyətdə idi. Uşağı göndərəndə tərəddüd edirdik. Qorxurduq, hər an uça bilərdi. Ancaq bu gün artıq ikinci övladımı bağçaya gətirirəm. Bu binanı tikənlərə minnətdarıq", - deyə valideyn Nigar Həsənova bildirir.

Üç qrup üçün ümumən 55 yerdən ibarət bağça binasında təlim-tərbiyənin normal səviyyədə aparılması üçün imkanlar genişləndirilib. Bütün otaqlar zəruri avadanlıqlarla təchiz olunub, binanın istilik təchizatı üçün mərkəzi qazanxana sistemi yaradılıb.

Yeni bağçalarının ilk günündə uşaqlar baharın ilk çərşənbəsinə həsr olunan kiçik şənlik də keçiriblər. Açılış günü Şəmkir rayonunun rəhbərliyi də bağçaya baş çəkərək, burada yaradılan şəraitlə maraqlanıb.

Z.MURADOV
Şəmkir

 





25.02.2021    çap et  çap et