525.Az

Xülya Cəfərova Respublika Uşaq Kitabxanasının qonağı olacaq


 

Xülya Cəfərova Respublika Uşaq Kitabxanasının qonağı olacaq<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasının karantin dövründə həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı gənc yazar Xülya Cəfərova oxucularla virtual görüşə gəlir.

525.az xəbər verir ki, Yazıçı əsərlərində, "Yel Kürəsi"nin fövqəlgüclərə malik olan superqəhrəmanlarının timsalında xeyirlə şərin əbədi mübarizəsinə fərqli bir prizmadan yanaşır.

Görüş çərçivəsində, yazar kitabları haqqında ətraflı məlumat verəcək, eyni zamanda canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq. Oxucular virtual görüşdə yazıçı  ilə diskussiya aparmaq və həmsöhbət olmaq imkanı da əldə edəcəklər.

Layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, müəlliflərin yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara daha da sevdirmək və oxu vərdişlərini artırmaqdır.
Qeyd edək ki, onlayn görüş martın 5-də, saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi vasitəsilə reallaşacaq.

 

 

 





02.03.2021    çap et  çap et