525.Az

İki qardaşı öldürən şəxsin ömürlük həbs cəzası qüvvədə saxlanıldı


 

İki qardaşı öldürən şəxsin ömürlük həbs cəzası qüvvədə saxlanıldı <b style="color:red"></b>

Ali Məhkəmədə iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.

525.az-ın APA-ya istinadən məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Z. Tərlanov barəsində ömürlük azadlıqdan məhrumetmə ilə bağlı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z. Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahla "Lexus" markalı avtomobilin içərisində oturmuş qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.T ərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə qərarı tamamilə ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi isə Z. Tərlanovun cəzasını 20 ilə endirib. Zərərçəkmişin hüquqi varisi həmin qərardan kassasiya şikayəti verib. İş yenidən Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Bakı Apelyasiya Məhkəməsində qərarı qüvvədə saxlayıb.

 

 





02.03.2021    çap et  çap et