525.Az

Gürcüstan XİN başçısı Türkiyəyə səfər edəcək


 

Gürcüstan XİN başçısı Türkiyəyə səfər edəcək<b style="color:red"></b>

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyəyə səfər edəcək.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə səfər martın 3-də baş tutacaq.

“Səfər çərçivəsində strateji tərəfdaşımız olan Gürcüstanla ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi imkanları, o cümlədən, regional məsələlər müzakirə olunacaq”, - deyə qeyd olunub.

 





02.03.2021    çap et  çap et