525.Az

Gəzintiyə çıxan qadın sərvət tapdı - Dəyəri milyon dollardır


 

Gəzintiyə çıxan qadın sərvət tapdı - <b style="color:red">Dəyəri milyon dollardır </b>

Taylanda gəzintiyə çıxan bir qadın inanılmaz təsadüflə qarşılaşıb.

525.az xəbər verir ki, evinin yaxınlığındakı çimərliyə gedən 49 yaşlı Niamrin adlı qadın suyun kənarında böyük bir cisim tapıb. Tapdığı şeyin balina qusması olduğunu və onun dəyərini öyrənəndə kütləni dərhal evinə aparıb. Balina qusmasının 1 milyon dollar ola biləcəyi təxmin edilir.

Daha sonra tapdığı cisimi qonşularına göstərən Niamrin, cismin ambergis kimi də bilinən son dərəcə nadir bir balina qusması kütləsi olduğunu başa düşüb. Qeyd edək ki, ambergris kütləsi - sperma balinaları tərəfindən istehsal edilən son dərəcə nadir və olduqca qiymətli bir mum maddəsidir. Yerli media, ətir sənayesində istifadə edilən  nadir maddənin mütəxəssislər tərəfindən yoxlanılmasının lazım olduğunu yazıb.

Niamrin bildirib ki, bu qədər böyük bir parça tapdığım üçün özümü şanslı hiss edirəm. Ümid edirəm, mənə pul gətirər. Evimdə təhlükəsiz saxlayıram və yerli bələdiyyədən gəlib onu yoxlamalarını istəmişəm.

Aytac Aslan

 





02.03.2021    çap et  çap et