525.Az

Boşandığı xanımına ev işləri üçün təzminat ödəyəcək


 

Boşandığı xanımına ev işləri üçün təzminat ödəyəcək <b style="color:red"></b>

Pekində keçirilən bir boşanma prosesində məhkəmə kişinin qadına ödəməsi üçün külli miqdarda təzminat məbləği təyin edib.

525.az xəbər verir ki, beş illik evlilik müddətində kişi ev işlərində və uşağa baxmaqda həyat yoldaşına yardım etməyib. Bu səbəbdən indi o,  evli olduqları zaman üçün xanımına 50 min yuan təzminat alacaq. Bu, təqribən 7700 dollar edir.

Qərar sosial mediada ev əməyinin ödənişi ilə bağlı böyük bir mübahisəyə səbəb olub.Bəziləri beş illik zəhmət üçün verilən kompensasiyanı az hesab ediblər.

Qeyd edək ki, qərar Çində qüvvəyə minmiş yeni mülkiyyət haqqında qanun əsasında qəbul edilib.

El Roman

 





02.03.2021    çap et  çap et