525.Az

Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür


 

Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür<b style="color:red"></b>

Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki ciddi məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.

525.az APA-ya istinadən xəbər verir ki, 22 yanvar 2021-ci il tarixli, BMT-nin sifarişi ilə aparılmış bir araşdırmaya görə, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə, onlar ya Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi ərzağın birbaşa paylanmasıdır. Onların təqribən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını söyləyirlər. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ev sahibi ailələrinin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislərin apardığı sorğuda iştirak edənlərin təxminən 70%-i azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini bildiriblər.

 





02.03.2021    çap et  çap et